
Azərbaycanın MiQ-29 və Su-25 döyüş təyyarələri Türkiyəyə yola düşüb
Azərbaycan və Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə Konya şəhərində “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.
CATEGORIES Xəbərlər