Azərbaycanın müdafiə naziri “Leonardo”nun məhsulları ilə tanış olub
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misirə səfəri davam edir.
“Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, EDEX-2023 beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliyanın “Leonardo” şirkətinin, eləcə də Misirin ARMADA və AOI şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.
Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.