
Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.
CATEGORIES Xəbərlər