
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işguzar səfərə yola düşəcək.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb səhələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələr müzakirə ediləcək.
Səfər fevralın 2-dək davam edəcək.
Poliqon.az
CATEGORIES Xəbərlər