
Azərbaycanın müdafiə sənayesi naziri “EDEX-2025″də bir sıra görüşlər keçirib
Misirin Qahirə şəhərində keçirilən “EDEX-2025” beynəlxalq müdafiə sərgisində iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev bir sıra görüşlər keçirib.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, V.Mustafayev Pakistan Strateji Planlaşdırma İdarəsinin Baş direktoru Yusuf Jamal, Misirin müdafiə və hərbi istehsal naziri Abdel Mageed Ahmed Abdel Mageed Saqr, Anqola Müdafiə Nazirliyinin Sənaye və Hərbi Avadanlıq üzrə direktoru Abilio Nachingue Paquissi, Braziliyanın Müdafiə Məhsulları üzrə katibi Heraldo Luiz Rodrigues, həmçinin Bosniya və Herseqovinanın “Tehnicki Remont Bratunac”, Misirin “Amstone International Group” və Amerika Birləşmiş Ştatlarının “OCR Global” şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşlərdə Azərbaycanla hərbi-texniki sahədə mövcud əlaqələr müzakirə edilib, müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyəti qeyd edilib.
Nazir V.Mustafayev Azərbaycan müdafiə sənayesinin inkişafı, istehsal potensialı və bu sahədə həyata keçirilən uğurlu layihələr barədə tərəflərə ətraflı məlumat verib.
Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.










