Azərbaycanlı artilleriyaçılar müsabiqəni uğurla başa vurub

Azərbaycanlı artilleriyaçılar müsabiqəni uğurla başa vurub

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan Azərbaycan artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb.

Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar.

Qeyd edək ki, sentyabrın 2-də “Artilleriya atəşinin ustaları” müsabiqənin bağlanış mərasimi keçiriləcək.

art2 art3

Poliqon.az

CATEGORIES
TAGS