“AzeriDefence”dən ELAN
Dəyərli Oxucular
Son günlər internet məkanında meydana çıxan bəzi hərbi saytlar “AzeriDefence”nin xəbərlərini öz saytlarında “kopyalamaq”, əziyyətlər hesabına əldə etdiyimiz və hazırladığımız xəbərləri öz məhsulları kimi yaymaqla məşğuldurlar. Hətta bəzi saytlarda “AzeriDefence”nin eksklüziv fotolarının üstü silinərək, həmin saytın özəl fotosu kimi etiketlənir və yayımlanır.
Bu informasiya oğurluqlarını saytımızın imici üçün zərbə hesab edirik.
Bu cür hərəkətlərə yol verdikləri halda həmin saytların adlarını açıqlayacağımızı bəyan edirik.
Dəyərli Oxucular
Biz yuxarıda qeyd etdiyimiz plagiat saytların hərəkətinə son qoymaq üçün yaxın günlərdən etibarən sayta xəbərlərimizi bağlı halda yerləşdirməyə qərar verdik. Hərbi və təhlükəsizlik texnologiyaları, Azərbaycan və bölgənin hərbi sənayesində baş verən yeniliklərdən xəbərdar olmaq istəyənlərdən “AzeriDefence”nin redaksiyası ilə əlaqə saxlamağı xahiş edirik.
Qeyd edək ki, “AzeriDefence” saytı yaxın günlərdə yeni bir layihə də başlamağı planlaşdırır.
Əlaqə üçün [email protected]