“Azərkosmos” ötən ay 42 ölkəyə xidmət ixrac edib

“Azərkosmos” ötən ay 42 ölkəyə xidmət ixrac edib

2024-cü ilin yanvar ayında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 42 ölkəsinə 1.4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.

“Poliqon” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı “İxrac icmalı”nın fevral sayında öz əksini tapıb.

Bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 75 faizini təşkil edib.

2024-cü ilin yanvar ayı ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 367.3 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 335.3 min ABŞ dolları ilə Lüksemburq, 74.2 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 71 min ABŞ dolları ilə Almaniya və 69.5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

CATEGORIES
TAGS