
“Azərkosmos” Özbəkistanın “Uz-Sat” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
“Azərkosmos” və Özbəkistanın “Uz-Sat” şirkəti arasında Kommersiya Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” “Azərkosmos”a istinadən xəbər verir ki, bu memorandum hər iki tərəf üçün qarşılıqlı fayda yaratmaq və kosmik sahədə yeni imkanlar açmaq üçün mühüm bir addım olaraq qiymətləndirilir.
Bu memorandum, “Azərkosmos” və “Uz-Sat” arasında gələcəkdəki əməkdaşlıq perspektivlərini daha da genişləndirəcək və hər iki ölkənin kosmos sahəsindəki potensialını artıracaq. Həmçinin, beynəlxalq kosmik layihələrdə iştirak imkanlarını genişləndirərək, hər ikitərəfin elmi və texnoloji inkişafına mühüm töhfə verəcək.