“Azərkosmos” Türkiyənin “Profen” şirkəti ilə əməkdaşlığını genişləndirir

“Azərkosmos” Türkiyənin “Profen” şirkəti ilə əməkdaşlığını genişləndirir

“Azərkosmos” ilə “Profen” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

“Azərkosmos”un Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, memoranduma əsasən, iki tərəf arasında əməkdaşlığın bir neçə əsas istiqaməti müəyyən edilib:

  • “Profen” ilə əməkdaşlıq çərçivəsində, “Azərkosmos” “Azerspace-2” peykinin mövcud tutumunu istifadə edərək, Afrika qitəsindəki dövlət xidmətləri sahəsində fəaliyyətini genişləndirəcək.
  • “Azərkosmos” və “Profen” arasında yerüstü stansiya xidmətləri sahəsində də strateji əməkdaşlıq həyata keçiriləcək. Bununla yanaşı, Azərkosmosun mövcud yerüstü xidmətlərindən istifadənin optimallaşdırılması nəzərdə tutulub. Həmçinin, Azərkosmos Profenin regional layihələrində də dəstək göstərəcək.

“Azərkosmos” və” Profen” arasında əməkdaşlıq iki şirkətin texnoloji inkişaf və yenilikçi həllər sahəsində birgə addımlar atmalarını təmin edəcək.

CATEGORIES