Azərkosmos Yerin məsafədən müşahidəsi peykinin hazırlanması üzərində işləyir

Azərkosmos Yerin məsafədən müşahidəsi peykinin hazırlanması üzərində işləyir

Son illərdə dünyada həm telekommunikasiya, həm də müşahidə peyklərinin sayı sürətlə artır və imkanları genişlənir.

Azərkosmosun İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov POLİQON jurnalına müsahibəsində bildirib ki, bu, öz növbəsində Azərbaycanda müasir kosmik sənayenin trendlərini daha yaxından müşahidə etməyə imkan verir.

“Eyni zamanda ölkəmizin Yer müşahidəsi sahəsində peyk xidmətlərinin davamlı olması məqsədilə bazar araşdırmaları aparılır. Bununla əlaqədar olaraq, Azərkosmos Azərbaycanın yeni, Yerin məsafədən müşahidəsi peykinin hazırlanması üzərində işləyir. Qeyd edək ki, hazırki mərhələdə bu peykin bir neçə kiçik peykdən ibarət olaraq peyk qruplaşması formasında fəaliyyət göstərməsi imkanları nəzərdən keçirilir.

Paralel olaraq, yeni peyklərin orbitə buraxılması ilə əlaqədar olaraq Azərbaycanda müasir peyk inteqrasiya və sınaq mərkəzinin də qurulmasını nəzərədə tuturuq. Yeni peyklərin orbitə buraxılması ölkəmizin yer müşahidəsi xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirməyə istiqamətlənib”, – deyə Azərkosmosun İdarə Heyətinin sədr müavini vurğulayıb.

CATEGORIES
TAGS