“Azərkosmos”un təşkilatçılığı ilə “Həvəskar peyk modelləşdirilməsi” və PUA müsabiqələri keçirilir

“Azərkosmos”un təşkilatçılığı ilə “Həvəskar peyk modelləşdirilməsi” və PUA müsabiqələri keçirilir

“Azərkosmos”un tərəfdaşlığı və təşkilatçılığı ilə “TEKNOFEST Azərbaycan” festivalının “Həvəskar peyk modelləşdirilməsi” və “Pilotsuz uçuş aparatları” müsabiqələri keçirilir.

TEKNOFEST-in təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, hər iki müsabiqənin finalçıları “TEKNOFEST Azərbaycan” layihəsinin seçim meyarlarına uyğun müəyyən edilib.

“Həvəskar peyk modelləşdirilməsi” və “Pilotsuz uçuş aparatları” yarışları üzrə finala vəsiqə qazananan komandalar mayın 23 və 24 tarixlərində Hacıqabul rayonu ərazisindəki aerodromda uçuşlar həyata keçirəcəklər.

Uçuşları uğurla bitirən komandalar mayın 28-də “Baku Crystal Hall”da baş tutacaq mükafatlandırma mərasimində iştirak edəcəklər.

Poliqon.az

CATEGORIES
TAGS