
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib.
MSN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.




