
“Azərsun Holdinq” şirkətinə məxsus nəqliyyat vasitəsi Cəbrayılda minaya düşüb
İyulun 14-də Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Minatəmizləmə Agentliyindən (ANAMA) “Poliqon”a verilən məlumata görə, “Azərsun Holdinq” MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb.
Partlayış nəticəsində xəsarət alan sürücü – 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırıb.
CATEGORIES Xəbərlər