AZIREX-2024 təlimində iştirak edən Azərbaycan HDQ-nin heyəti Vətənə qayıdıb

AZIREX-2024 təlimində iştirak edən Azərbaycan HDQ-nin heyəti Vətənə qayıdıb

Xəzər dənizinin İrana mənsub hissəsində keçirilən AZIREX-2024 birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.

Müdafiə Nazirliyindən “Poliqon“a verilən məlumata görə, təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, “Dənizdə axtarış-xilasetmə” birgə taktiki təliminə Azərbaycan HDQ-nin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.

CATEGORIES