Azərbaycan və Xorvatiya minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq genişləndirilir. “AzeriDefence”nin məlumatına görə, Xorvatiya prezidenti İvo Yosipoviçin Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlər arasında minatəmizləmə sahəsinə aid bir hökumətlərarası memorandum olub.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç imzalayıblar.

KATEQORIYA: