AzTU ilə AKTA arasında əməkdaşlıq genişlənir

AzTU ilə AKTA arasında əməkdaşlıq genişlənir

Mayın 8-də Azərbaycan Texniki Universitetinin (AzTU) ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) rəhbərliyi və nümayəndə heyəti və Türkiyədən təşrif buyurmuş kriptoqrafiya üzrə mütəxəssis Dr.Pinar Gurkan Balikçıoğlu arasında görüş keçirilib.

AzTU-nun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, AKTA-nın ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki rolundan və yaxın gələcək üzrə hədəflərindən bəhs edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov digər sahələrlə yanaşı kriptoqrafiya sahəsində də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Görüş zamanı kriptoqrafiya sahəsində ölkə üzrə kadr potensialının gücləndirilməsində təlim və tədrisin əhəmiyyəti və digər əlaqəli mövzular ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə addımların atılması barədə danışıqlar aparılıb.

Poliqon.az

CATEGORIES
TAGS