AzTU ilə “Cihaz” İB arasında memorandum imzalanıb

AzTU ilə “Cihaz” İB arasında memorandum imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi (İB) arasında elmi-texniki əməkdaşlığa dair memorandum imzalanıb.

“Poliqon”un məlumatına görə, memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və “Cihaz” İB-nin direktoru Fəlah Quliyev imzalayıb.

Sənədə əsasən, tərəflər birgə layihələrin hazırlanması, elmi-tədqiqat işlərinin aparılması, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması istiqamətində əməkdaşlıq edəcək.

Poliqon.az

CATEGORIES
TAGS