AzTU ilə MSN ETİ arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və ETİ-nin direktoru Mürsəl Əliyev imzalayıblar.
Memoranduma əsasən, tərəflər ETİ-də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması və digər istiqamətlərdə əməkdaşlıq edəcək.
CATEGORIES Xəbərlər
TAGS Azərbaycan Texniki UniversitetiAzTUElmi-Tədqiqat İnstitutuManşetMüdafiə sənayesi nazirliyiVilayət Vəliyev