AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinə dekan seçkisi keçirilib.

AzTU-nun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, seçki “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” na uyğun təşkil olunub.

Əvvəlcə seçkidə iştirak etmək üçün namizədliyini irəli sürmüş AzTU-nun Magistratura şöbəsinin müdiri Malik Qarayevin platforması dinlənilib. Daha sonra fakültənin professor-müəllim heyətinin iştirakı ilə gizli səsvermə keçirilib. Seçkinin nəticəsinə görə səsvermədə iştirak edən hər kəs namizədin lehinə səs verib. Beləliklə, Malik Qarayev AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin yeni dekanı seçilib.

Seçkidən sonra keçirilən iclasda rektor Vilayət Vəliyev Malik Qarayevi dekan seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, Maşınqayırma və robototexnika fakültəsi universitetin ən qədim tarixi olan fakültələrindəndir. Fakültənin işinin müasir standartlar səviyyəsində qurulması, təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi günün əsas tələblərindən biridir. Rektor qeyd olunan istiqamətlər üzrə Malik Qarayevin böyük təcrübəsinin olduğunu bildirib, ona fəaliyyətində uğurlar arzulayıb.

Malik Qarayev ona göstərilən etimada görə professor-müəllim heyətinə təşəkkür edib, fəaliyyəti müddətində etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, AzTU-nun Maşınqayırma və robototexnika fakültəsi ilə yanaşı Xüsusi texnika və texnologiya, İnformasiya və telekommunikasiya texnologiyaları, Metallurgiya və materialşünaslıq kimi fakültələri hərbi sənaye kompleksi üçün kadrlar hazırlayır.

download 1 1 download 2 1

Poliqon.az

CATEGORIES
TAGS