AzTU-nun Vətən müharibəsində şəhid olan tələbə və məzunları haqqında kitabın təqdimatı keçirilib

AzTU-nun Vətən müharibəsində şəhid olan tələbə və məzunları haqqında kitabın təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetin (AzTU) Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının xatirəsinə həsr olunan “Zəfər şahinləri” kitabının təqdimatı keçirilib.

Azərbaycan Texniki Universitetin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təqdimat mərasimində universitet nümayəndələri və AzTU-nun şəhid məzunlarının ailə üzvləri iştirak edib.

Rektor Vilayət Vəliyev bildirib ki, AzTU-nun tələbə və məzunları Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədə AzTU-nun tələbə və məzunlarının xidmətlərini xüsusi vurğulayan Vilayət Vəliyev, onlardan 31 nəfərinin şəhidlik zirvəsinə yüksəldiyini deyib.

Rektor onu da bildirib ki, şəhidlər haqqında belə nəşrlərin hazırlanması davamlı olacaq. O da qeyd olunub ki, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün universitetdə müxtəlif layihələr hazırlanır.

AzTU-nun kitabxanasının müdiri Zöhrə Məmmədovanın müəllifi olduğu kitabda universitetin Vətən müharibəsində şəhid olan tələbə və məzunları haqqında məlumatlar yer alıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçısı və digər qonaqlar 44 günlük müharibədə qazanılan Qələbədə şəhidlərin xidmətlərini xüsusi vurğulayıblar.

aztu

Poliqon.az

CATEGORIES
TAGS