AzTU tələbəsi VIII Respublika Robot Olimpiadasında 2-ci yerə layiq görülüb

AzTU tələbəsi VIII Respublika Robot Olimpiadasında 2-ci yerə layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Xüsusi texnika və texnologiya fakültəsinin II kurs tələbəsi Kamal Həsənli VIII Respublika Robot Olimpiadasında “Robomission” kateqoriyası üzrə II yerə layiq görülüb.

Bu barədə “Poliqon”a Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı 8-19 yaşadək yeniyetmə və gənclər arasında keçirilən olimpiadada iştirakçılar 4 kateqoriya (“Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”) üzrə mübarizə aparıblar.

1000597164

CATEGORIES