BƏƏ Donanması yeni dəniz patrul gəmiləri əldə edəcək

BƏƏ Donanması yeni dəniz patrul gəmiləri əldə edəcək

“EDGE Group”un tərkibinə daxil olan ADSB şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Donanması üçün “Falaj-3” dəniz patrul gəmiləri (OPVs) inşa edəcək.

Bu barədə “Poliqon” “Edge Group”a istinadən xəbər verir.

Məlumata əsasən, ADSB şirkəti ilə BƏƏ Donanması arasında ümumi dəyəri 3.5 milyard AED ( 952.8 milyon ABŞ dolları) olan müqavilə imzalanıb.

Qeyd edək ki, ADSB şirkəti bundan əvvəl BƏƏ Donanması üçün sonuncusunu 2017-ci ildə təhvil verdiyi “Baynuna” layihəli korvetlər inşa edib.

Poliqon.az

CATEGORIES
TAGS