BƏƏ Ordusu 5.5 milyard dollarlıq müqavilə imzalayıb

BƏƏ Ordusu 5.5 milyard dollarlıq müqavilə imzalayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələri Abu Dabidə keçirilən İDEX və NAVDEX sərgilərinin 4-cü günü xarici və yerli şirkətlərlə 2.140 milyard BƏƏ dirhəmi dəyərində 24 müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, sərginin 4-cü günü BƏƏ Silahlı Qüvvələrinin yerli şirkətlərlə imzaladağı müqavilələrin dəyəri 1.420 milyard BƏƏ dirhəmi, xarici şirkətlərlə isə 720 milyon BƏƏ dirhəmi təşkil edib.

Beləliklə Birləşmiş Ərəb Əmirliyi Silahlı Qüvvələrinin bu il keçirilən İDEX və NAVDEX sərgiləri çərçivəsində imzaladığı müqavilələrin dəyəri ümumilikdə 20.053 milyard BƏƏ dirhəmi (5.5 milyard ABŞ doları) təşkil edib.

CATEGORIES
TAGS