“BAE Systems” ABŞ Ordusuna əlavə M109A7 ÖAQ tədarük edəcək
Böyük Britaniyanın “BAE Systems” şirkəti ABŞ Ordusuna əlavə M109A7 özüyeriyən artilleriya qurğuları (ÖAQ) və M992A3 tırtıllı sursat daşıma vasitələri tədarük edəcək.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bunun üçün şirkət ABŞ Ordusundan 418 milyon dollar dəyərində sifariş alıb.
Sifarişə əsasən, M109A7 ÖAQ-larının və M992A3 tırtıllı sursat daşıma vasitələrinin istehsalı və çatdırılması ilə bağlı işlər 2025-ci ilə qədər həyata keçiriləcək.
Qeyd edək ki, “BAE Systems” şirkəti ABŞ Ordusuna M109A7 ÖAQ-larının tədarükü üçün ilkin müqaviləni 2017-ci ildə imzalayıb. Bu son sifariş ilə birlikdə müqavilənin ümumi dəyəri 2.5 milyard ABŞ dollarına çatıb.