“BAE Systems” şirkəti KF-21 qırıcıları üçün dost-düşmən tanıma sistemləri tədarük edəcək

“BAE Systems” şirkəti KF-21 qırıcıları üçün dost-düşmən tanıma sistemləri tədarük edəcək

“BAE Systems” şirkətinin AN/APX-127(V)1 dost-düşmən tanıma sistemləri “Korea Aerospace Industries” (KAI) şirkətinin istehsal etdiyi KF-21 “Boramae” qırıcı təyyarələrinə inteqrasiya olunacaq.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bununla bağlı iki şirkət arasında 11 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

AN/APX-127(V)1 sistemlərinin KF-21 təyyarələrinə quraşdırılması üçün gələn il (2026-cı il) KAI şirkətinə təhvil verilməsi gözlənilir.

Qeyd edilib ki, ən son nəsil dost-düşmən tanıma sistemi (Identification Friend or Foe – IFF) olan AN/APX-127(V)1 mübahisəli əməliyyat mühitlərində müttəfiq qüvvələrlə potensial təhdidləri ayırd etmək üçün qərarvermə imkanlarını əhəmiyyətli dərəcədə artırır.

CATEGORIES
TAGS