“BAE Systems” şirkəti PUA-nı 20 kilometr yüksəklikdə sınaqdan keçirib

“BAE Systems” şirkəti PUA-nı 20 kilometr yüksəklikdə sınaqdan keçirib

“BAE Systems” şirkəti PHASA-35 pilotsuz uçuş aparatı-peykinin sınaqlarını 20 kilometrdən çox yüksəklikdə həyata keçirib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, PUA havada 24 saat ərzində stratosferin aşağı təbəqələrinə qalxa bilib.

PUA kəşfiyyat və müşahidədən tutmuş rabitə şəbəkələrinin yerləşdirilməsinə qədər müxtəlif vəzifələr üçün istifadə edilə bilər.

PHASA-35 PUA-nın qanad açıqlığı 35 metr, çəkisi isə 150 ​​kiloqramdır. O, 15 kiloqrama qədər faydalı yük daşıya bilir.

Aparatın gövdəsi kompozit materiallardan hazırlanıb. Üzərindəki günəş batareyalarından istifadə isə havada enerji doldurmağa imkan verir ki, bu da uçuşun müddətini xeyli artırır.

“BAE Systems” şirkətinin aviasiya sektorunun idarəedici direktoru Kliff Robson deyib ki: “PHASA-35 stratosferi yeni imkanlar üçün açaraq yeni üfiqlər yaradır”.

BAE Systems Persistent High Altitude Solar Aircraft (PHASA-35) Yerin stratosferində uzunmüddətli uçuş qabiliyyətinə malik pilotsuz uçan aparat-peykdir.

PUA “BAE Systems” şirkəti tərəfindən “Prismatic” şirkəti ilə əməkdaşlıqda hazırlanıb və layihədə “Piran”, “Amprius”, “Microlink”, “Honeywell”, “PMW Dynamics” və “Met Office” şirkətləri də iştirak edir.

PUA-nın hazırlanmasına 2018-ci ildə başlanılıb, ilk uçuş iki il sonra – 2020-ci il fevralın 17-də baş tutub. 2021-ci ilin yanvarında “BAE Systems” şirkəti ABŞ Müdafiə Nazirliyinin artan marağından sonra Birləşmiş Ştatlarda uçuş nümayişi keçirməyi planlaşdırdığını açıqlayıb.

Potensial olaraq, ən son texnologiyaların istifadəsi sayəsində PUA stratosferdə 12 aydan çox vaxt keçirə bilər.

Əhəd Əzizov 

Poliqon.az

CATEGORIES
TAGS