Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüb

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüb

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Belarus nümayəndə heyəti ilə “Pilotsuz aviakomplekslərin tətbiqi və pilotsuz uçuş aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair işçi görüş” keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı insansız hava sistemləri sahəsində ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

743bc5270620dfec5ef587ac63516607

CATEGORIES