Bakıda kibertəhlükəsizlik kursu keçirilir
Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı”nın dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik mütəxəssislərinin biliklərinin təkmilləşdirilməsi və onların müasir qlobal çağırışlara qarşı hazırlıqlarının artırılmasıdır.
Dekabrın 28-dək davam edəcək tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
CATEGORIES Xəbərlər