Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir

Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir

Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda “Məsləhətçi görüşü” keçirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Qiymətləndirmə və Rəy proqramının vacib hissəsi olan “Məsləhətçi görüşü”ndə cari ilin iyun ayında Azərbaycanda keçiriləcək ƏİK bölmələrinin “1-ci səviyyəli özünü qiymətləndirmə” (SEL-1) təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.

Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislərin iştirakı ilə keçirilən görüşün əsas məqsədi ƏİK proqramına yeni bəyan edilmiş bölmələrimizin döyüş hazırlığı fəaliyyətləri, təminat və təchizatlarının  eləcə də bölmələrin NATO standartlarına  uyarlılıq səviyyəsini yoxlamaq məqsədilə tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsidir.

864f2937405b5cb7f477800cbd7c0736

CATEGORIES