Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir

2025-ci ilin NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə” mövzusunda seminar-məşğələ keçirilir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər.

Keçirilən məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir.

Seminar-məşğələ dekabrın 5-dək davam edəcək.

178159bec910365a6a4600313113b7bc

CATEGORIES