Bakıda Pakistanın Müdafiə Günü qeyd edilib

Bakıda Pakistanın Müdafiə Günü qeyd edilib

Bu gün Bakıda Pakistanın Müdafiə Günü qeyd edilib.

“Poliqon” xəbər verir ki, tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri, Azərbaycanda akkreditasiya olunmuş ölkələrin hərbi attaşeləri, ictimai xadimlər və media mənsubları iştirak edib.

Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Müdafiə Gününün qeyd edilmə tarixindən danışıb.

Səfir bildirib ki, 1965-ci il sentyabrın 6-da Hindistan silahlı qüvvələri sərhədi keçərək Pakistana hücum ediblər.

Pakistan əsgərləri dövrün müasir silah və texnikalarına malik Hindistan ordusuna müqavimət göstərərək, qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək düşməni ağır itkilərə uğradıblar.

Həmin tarixdən hər il sentyabrın 6-sı milli bayram olaraq Pakistanın Müdafiə Günü kimi qeyd edilir.

Tədbirdə döyüşləri əks etdirən fotolar nümayiş etdirilib.

IMG 20210906 214652 scaled e1630954806255

IMG 20210906 212302 scaled e1630954872258

IMG 20210906 215731 e1630955758356

IMG 20210906 214950 e1630954967634

CATEGORIES
TAGS