BALA KTS-14 Türkiyə Jandarma Qüvvələrinə təhvil verilib – VIDEO
Türkiyənin “Adger Mühendislik” şirkəti tərəfindən hazırlanan BALA KTS-14 gövdə dəstəkli qalxan daşıma sisteminin ilk prototipləri Jandarma Qüvvələrinə təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidməti məlumat yayıb.
SSB-nin layihəsi çərçivəsində hazırlanan BALA KTS-14 personala 14 kq ağırlığındakı ballistik qalxanı taraz və rahat şəkildə daşımağa kömək edir.
CATEGORIES Xəbərlər