Banqladeş Navistar MaxxPro Dash DXM zirehli maşınlarının ilk partiyasını alıb

Banqladeş Navistar MaxxPro Dash DXM zirehli maşınlarının ilk partiyasını alıb

Banqladeş ABŞ-dan MRAP (Mine Resistant Ambush Protected) sinif Navistar MaxxPro Dash DXM zirehli maşınlarının ilk partiyasını alıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Army Recognition” portalı məlumat yayıb.

Qəbul edilmiş partiyaya 31 ədəd zirehli maşın daxildir və onlardan bəziləri artıq Birləşmiş Millətlər Təşkilatının (BMT) rənglərində boyanıb.

Xatırladaq ki, 2019 -cu ildə Banqladeş Ordusu BMT-nin Mali və Yəməndə sülhməramlı əməliyyatlarını dəstəkləmək üçün 50 ədəd MaxxPro Dash MRAP zirehli maşını sifariş edib. Daha 19 ədəd maşının Banqladeşə çatdırılması planlaşdırılır, bəzi avtomobillər isə öz tələbatlarını ödəmək üçün Banqladeş Hərbi Hava Qüvvələrinə (BAF – Bangladesh Air Force) təhvil veriləcək.

Qeyd edək ki, sövdələşmə təxminən 29 milyon ABŞ dollarına başa gəlib və ABŞ 13 milyon ABŞ dolları məbləğində hərbi yardım ayırıb. O da məlumdur ki, Banqladeş 2022-ci ilə qədər ABŞ-dan daha 50 ədəd zirehli maşın sifariş etmək niyyətindədir.

MaxxPro Dash zirehli maşını ABŞ-ın “Navistar International” şirkəti tərəfindən hazırlanmış və istehsal olunan MaxxPro MRAP zirehli maşınının daha yüngül və daha mobil versiyasıdır. Təchizatdan asılı olaraq STANAG 4569 standartının 1-ci və 2-ci qoruma səviyyələrinə cavab verir.

MaxxPro Dash DXM, “Hendrickson” və “AxleTech International” markalı yük maşınlarının standart komponentlərini özündə birləşdirən təkmilləşdirilmiş DXM asma sisteminə malikdir.

Zirehli maşında üç nəfər heyət üzvləri (sürücü, komandir və tuşlayıcı) və altı nəfər desant yerləşir. Maşının damında 7,62 mm-lik və ya 12,7 mm-lik pulemyot quraşdırmaq üçün açıq qüllə yerləşdirilib.

Əsas texniki göstəriciləri: uzunluğu – 6250 mm, eni – 2620 mm, hündürlüyü – 2920 mm, 3500 mm (qüllə ilə), təkər bazası – 3730 mm, maşının öz kütləsi – 16910 kq, maşının yüklə birlikdə kütləsi – 23360 kq, faydalı yükü – >4535.9 kq, dəf etdiyi su maneəsinin dərinliyi – 1060 mm, dönmə diametri – 16460 mm.

banq banqla

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS