“Bariyer boru” PUA yerüstü hədəfləri kiçik ölçülü aviasiya bombaları ilə vurub

“Bariyer boru” PUA yerüstü hədəfləri kiçik ölçülü aviasiya bombaları ilə vurub

Belarusun “Displey” konstruktor bürosu tərəfindən istehsal edilən “Bariyer boru” adlı kvadrokopter tipli pilotsuz uçuş aparatının (PUA) zərbə imkanları test edilib.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib. Praktiki sınaqlar Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının “Domanovo” 174-cü təlim poliqonunda keçirilib.

Sınaqlar çərçivəsində “Bariyer boru” pilotsuz uçuş aparatı RPQ-26 tank əleyhinə reaktiv qumbaraatan, həmçinin kiçik ölçülü PTAB-2.5 və PTAB-10-5 aviasiya bombalarından istifadə edərək yerüstü hədəfləri vurub. “Displey” mütəxəssisləri sınaqların uğurla nəticələndiyini bildirib.

“Bariyer boru” PUA-nın uçuş çəkisi 10 kq-dan çox deyil. Sürəti 45 km/saat təşkil edən PUA-nın havada qalma müddəti 25 dəqiqə, uçuş məsafəsi 2 km-dir. “Bariyer boru” bütün uçuş məsafəsi boyunca video məlumatları ötürə bilir.

2 DSC 0245

1 1 DSC 0158ц

CATEGORIES
TAGS