“Baykar” şirkəti Ukraynada təlim və servis mərkəzi inşa edəcək

“Baykar” şirkəti Ukraynada təlim və servis mərkəzi inşa edəcək

Türkiyənin “Baykar” şirkəti ilə Ukrayna Müdafiə Nazirliyi Kiyevdə təlim və servis mərkəzinin inşası ilə bağlı memorandum imzalayıblar.

“Poliqon” xəbər verir ki, Ukrayna Prezident Admistrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, memorandum Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə imzalanıb.

Bu memorandum PUA-ların texniki xidməti, cari təmiri, modernizasiyası üçün servis mərkəzinin və “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istismarı ilə əlaqədar kadr hazırlığını nəzərdə tutan təlim mərkəzinin tikintisini əhatə edir.

Müqaviləyə görə, “Baykar” şirkəti mərkəzin inşası ilə bağlı maliyyə xərclərini öz öhdəsinə götürüb. Həmçinin, növbəti mərhələlərdə PUA-ların istehsalında Ukrayna mütəxəssisləri də cəlb olunacaq.

baykar

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS