“Baykar” şirkəti VTOL xüsusiyyətinə sahib yeni PUA hazırlayıb

“Baykar” şirkəti VTOL xüsusiyyətinə sahib yeni PUA hazırlayıb

Türkiyənin “Baykar” şirkəti vertikal qalxma-enmə (VTOL) xüsusiyyətinə sahib yeni pilotsuz uçuş aparatı inkişaf etdirib.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, “Kalkan” adlanan yeni PUA-nın hazırda sınaqları keçirilməkdədir.

Bildirilib ki, artıq 30-cu uçuş sınağını tamamlayan “Kalkan”, testlər zamanı 14500 fut yüksəkliyə qalxmağı bacarıb və 70 saatlıq uçuş müddətini geridə qoyub.

PUA uçuş sınaqlarını “Baykar” tərəfindən hazırlanmış “Baykar BG-160” kamerası ilə yerinə yetirib. “Kalkan”, termal görüntüləmə qabiliyyətinə malik “Baykar BG-160” kamerası sayəsində gecə saatlarında da yüksək keyfiyyətli şəkillər çəkə bilir.

Gecə-gündüz kəşfiyyat, müşahidə və hədəf aşkarlama missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulan yeni PUA avtomatik marşrut izləmə, hədəf izləmə, dövrə vurma və evə qayıtma rejimlərinə sahibdir. 4 ədəd elektrik mühərriki və 1 ədəd az sərfiyyatlı benzin mühərriki ilə işləyən “Kalkan” elektrik mühərrikləri ilə şaquli olaraq qalxır və daha sonra yalnız benzin mühərrikindən istifadə edərək kruiz uçuş rejiminə keçir. Bu mühərriklərlə 14.500 fut yüksəkliyə qalxa bilən “Kalkan” PUA 7 saatdan çox missiya uçuşları icra edə bilir.

CATEGORIES
TAGS