
“Bayraktar Akıncı” PUA hədəfləri “Sunqur” raketləri ilə vuracaq
Türkiyənin “Roketsan” şirkətinin “Sunqur” hava hücumundan müdafiə raketinin “hava-hava” tipli yeni versiyası hazırlanıb.
“Poliqon” xəbər verir ki, bunu “Roketsan” şirkətinin baş direktoru Murat İkinci bildirib.
“Roketsan” şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan “Sunqur” “hava-hava” raketi “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarına (PUA) inteqrasiya ediləcək.
Şirkətin baş direktoru bildirib ki, gələcəkdə “Sunqur” raketləri gəmi platformalarına da quraşdırılacaq.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər