“Bayraktar Akıncı” PUA-ların tədarükü davam edir

“Bayraktar Akıncı” PUA-ların tədarükü davam edir

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan 3 ədəd “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı (PUA) Türkiyənin Quru Qoşunları Komandanlığı tərəfindən rəsmi olaraq xidmətə başlayıb.

“Poliqon”un məlumatına görə, növbəti partiyada 2 ədəd “Bayraktar Akıncı” PUA xidmət yerləri olan Batman aviasiya bazasına çatdırılıb.

Beləliklə, Türkiyə Silahlı Qüvvələrinə təhvil verilən “Bayraktar Akıncı” PUA-ların sayı ən azı 5-ə yüksəlib.

Sayca 6-cı “Bayraktar Akıncı” PUA-nın Çorludakı test mərkəzində sınaqları davam etdirilir.

Yaxın günlərdə 6-cı “Bayraktar Akıncı” PUA-nın Silahlı Qüvvələrə çatdırılması  planlaşdırılır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS