“Bayraktar KIZILELMA” ilk dəfə GÖKDOĞAN raketi ilə hava hədəfini vurub

“Bayraktar KIZILELMA” ilk dəfə GÖKDOĞAN raketi ilə hava hədəfini vurub

“Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi (PDT) “hava-hava” tipli GÖKDOĞAN raketi ilə atış həyata keçirib.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, Sinop Atış Poliqonunda həyata keçirilən sınaqda “Bayraktar KIZILELMA”, ASELSAN şirkəti tərəfindən hazırlanmış MURAD AESA radarının işarələdiyi hədəfi, TÜBİTAK SAGE mərkəzinin GÖKDOĞAN raketi ilə tam dəqiqlik şəkildə vurub.

Bununla da “Bayraktar KIZILELMA” aviasiya tarixində görmə məsafəsindən uzaq “hava-hava” raketi ilə reaktiv mühərrikli hava hədəfini vuran ilk insansız döyüş təyyarəsi olub.

Dünya üzrə insansız döyüş təyyarəsi layihələrinin böyük əksəriyyəti əsasən “hava-yer” tapşırıqları üçün hazırlanır. Dünyada hələ heç bir insansız platformanın “hava-hava” atəş imkanına sahib olmadığı bir vaxtda “Bayraktar KIZILELMA” bu atışla “hava-hava” döyüş qabiliyyətini sübut edən dünyadakı ilk və yeganə PDT kimi aviasiya tarixində yeni dövrün əsasını qoyub.

“Bayraktar KIZILELMA” sahib olduğu kritik missiya sistemləri ilə də fərqlənir. Platformaya bu günə qədər ASELSAN tərəfindən hazırlanan MURAD AESA radarı və aşağı görüntüyə malik elektro-optik hədəfləmə sistemi TOYGUN kimi dünyada yalnız bir neçə ölkənin istehsal edə bildiyi yüksək texnologiyalı sistemlərin inteqrasiyası uğurla həyata keçirilib. Silahlanma baxımından da geniş çeşidə malik olan pilotsuz döyüş təyyarəsi Türkiyədə yerli istehsal edilən bütün sursatlardan istifadə edə biləcək. Əvvəlki sınaqlarda “Bayraktar KIZILELMA” TOLUN və TEBER-82 sursatları ilə hədəfləri tam dəqiqliklə vurub.

0101 scaled

CATEGORIES