“Bayraktar KIZILELMA”nın ilk sınaqları keçirilib

“Bayraktar KIZILELMA”nın ilk sınaqları keçirilib

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsinin ilk avtomatik taksi və sürətlənmə sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Məlumatda bildirilb ki,  sınaqlar “Baykar”ın Çorlu bölgəsində yerləşən “Akıncı Təlim və Sınaq Mərkəzi”ndə baş tutub və şirkətin texniki direktoru Səlcuq Bayraktar tərəfindən idarə olunub.

“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi qısa uçuş-enmə zolağına malik gəmilərə enmək və qalxmaq bacarığna sahib olacaq platformadır. Pilotsuz döyüş təyyarəsi Türkiyə tərəfindən inşa olunan və hazırda sınaqları davam edən “TCG Anadolu” gəmisində yerləşdirilərək ölkəyə aid dəniz sərhədlərinin mühafizəsində də istifadə ediləcək.

ASELSAN istehsalı AESA radarları ilə təchiz ediləcək “Bayraktar KIZILELMA”nın uçuş ağırlığının 6 ton və faydalı yük daşımaq imkanının 1500 kiloqram olması hədəflənib.

Qeyd edilib ki, pilotsuz döyüş təyyarəsi milli istehsal olan bütün növ “hava-hava” tipli sursatlardan istfadə edə biləcək.

Poliqon.az

CATEGORIES
TAGS