“Bayraktar KIZILELMA”nın ilk uçuş sınaqları keçirilib

“Bayraktar KIZILELMA”nın ilk uçuş sınaqları keçirilib

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsinin ilk uçuş sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, sınaqlar “Baykar”ın Çorlu bölgəsində yerləşən “Akıncı Təlim və Sınaq Mərkəzi”ndə baş tutub və 14:59-da havaya qalxan “Bayraktar KIZILELMA” 18 dəqiqəlik uçuşun ardından 15:17-də yerə eniş edib.

“Baykar” şirkəti bu layihəsinin həyata keçirilməsinə 2021-ci ildə başlayıb. Cari ilin noyabrın 14-də pilotsuz döyüş təyyarəsinin ilk sınaq prototipini istehsal olunub.

Qeyd edək ki, “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi qısa uçuş-enmə zolağına malik gəmilərə enmək və qalxmaq bacarığna sahib olacaq. Pilotsuz döyüş təyyarəsi Türkiyə tərəfindən inşa olunan və hazırda sınaqları davam edən “TCG Anadolu” gəmisində yerləşdirilərək ölkəyə aid dəniz sərhədlərinin mühafizəsində də istifadə ediləcək.

ASELSAN istehsalı AESA radarları ilə təchiz ediləcək “Bayraktar KIZILELMA”nın uçuş ağırlığının 6 ton və faydalı yük daşımaq imkanının 1500 kiloqram olması hədəflənib.

Həmçinin pilotsuz döyüş təyyarəsi milli istehsal olan bütün növ “hava-hava” tipli sursatlardan istfadə edə biləcək.

Poliqon.az

CATEGORIES
TAGS