“Bayraktar TB3” PUA-ları üçün xüsusi radarlar hazırlanır

“Bayraktar TB3” PUA-ları üçün xüsusi radarlar hazırlanır

Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB3” pilotsuz uçuş apratının (PUA) gəmiyə enməsi üçün xüsusi radarlar hazırlanır.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

Bayraktar bildirib ki, “Baykar” şirkəti lazımi təhlillər apardıqdan sonra “Bayraktar TB3” PUA-lara MAM (Mini Ağıllı Sursat) ailəsinin MAM-L və MAM-T sursatlarından istifadə etmək qərarına gəlib.

Baş direktor ASELSAN tərəfindən hazırlanan CATS elektro-optik kəşfiyyat və hədəfləmə sisteminin “Bayraktar TB2” PUA ilə birlikdə birdən çox ölkəyə ixrac edildiyini də vurğulayıb. “Baykar” şirkəti bu günə qədər 200-dən çox “Bayraktar TB2” PUA istehsal edib.

Şirkət “Akıncı”, “Bayraktar TB3” və MİUS (Muharip İnsansız Uçak Sistemi) layihələrini sürətlə davam etdirir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS