BƏƏ IDEX-2023 və NAVDEX-2023 sərgilərinə hazırlaşır

BƏƏ IDEX-2023 və NAVDEX-2023 sərgilərinə hazırlaşır

2023-cü il 20-24 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində 16-cı “Beynəlxalq Müdafiə Sərgisi və Konfransı” (IDEX-2023) və 7-ci “Dəniz Müdafiəsi Sərgisi və Konfransı” (NAVDEX-2023) keçiriləcək.

“Poliqon” xəbər verir ki, IDEX və NAVDEX sərgiləri BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan hamiliyi altında Müdafiə Nazirliyi və BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanlığının təşkilatçılığı ilə ADNEC mərkəzində baş tutacaq.

Artıq 30 ildir keçirilən IDEX dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdəndir. IDEX-2023-də ABŞ, Türkiyə, Cənubi Koreya, Kanada, Misir, Braziliya, BƏƏ, Avstraliya, Böyük Britaniya, Hindistan, Çexiya, Avstriya, İsrail, Fransa, Xorvatiya, Belarus, İtaliya, Rusiya və bir çox ölkənin həm dövlət, həm də özəl şirkətləri öz məhsullarını nümayiş etdirəcək. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də sərgidə 01-B04 nömrəli stenddə təmsil olunacaq.

Qeyd edək ki, Ermənistan IDEX-2023 sərgisinə ümumilikdə 22 dövlət və özəl şirkət ilə qatılacaq.

Poliqon.az

CATEGORIES
TAGS