BƏƏ istehsalı DS-16 sursatı “Bayraktar TB2” PUA-ya inteqrasiya olunub

BƏƏ istehsalı DS-16 sursatı “Bayraktar TB2” PUA-ya inteqrasiya olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “EDGE Group” şirkəti tərəfindən hazırlanan DESERT STING 16 (DS-16) dəqiq idarə olunan döyüş sursatı Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilib.

“Poliqon” “EDGE Group” şirkətinə istinadən xəbər verir ki, inteqrasiya proqramı müdafiə sektorunda qabaqcıl texnologiya həlləri üzərində əməkdaşlıq etmək üçün iki şirkət arasında imzalanan Strateji Müttəfiqlik Sazişinin bir hissəsidir.

“EDGE Group”un inkişaf etdirdiyi DESERT STING döyüş sursatları ailəsinə daxil olan DS-16-nın ümumi kütləsi 23 kq və döyüş başlığının ağırlığı 12 kiloqramdır. Sursatın mənzili 30 min fut hündürlükdən buraxıldıqda 15 kilometrdən çox təşkil edir. Düşmənin canlı qüvvəsini, zirehsiz və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulan DESERT STING 16 həm PUA-lardan, həm də hücum təyyarələrindən buraxıla bilər.

Xatırladaq ki, Pakistanın GIDS şirkəti tərəfindən istehsal edilən “hava-yer” tipli BARQ raketi də “Bayraktar TB2” pilotsuz uçuş aparatına inteqrasiya olunub.

CATEGORIES
TAGS