BƏƏ Ordusu Fransadan əlavə A330 MRTT təyyarələri alacaq

BƏƏ Ordusu Fransadan əlavə A330 MRTT təyyarələri alacaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlar Fransanın “Airbus Defence and Space” şirkətindən əlavə A330 MRTT (Multi Role Tanker Transport) təyyarələrinin tədarükü üçün müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, müqaviləyə əsasən tədarük olunacaq 2 ədəd A330 MRTT çoxməqsədli təyyarənin tədarükü 2024-cü ildən başlanılacaq.

Müqavilənin dəyəri təxminən 664 milyon ABŞ dolları təşkil edir. Müqavilədə, BƏƏ-nin Müdafiə Nazirliyi tərəfindən əvvəllər alınmış A330 MRTT təyyarələrinin modernləşdirilməsi də nəzərdə tutulub.

Yeni sifarişlə birgə BƏƏ Hərbi Hava Qüvvələrindəki A-330 MRTT təyyarələrinin sayı 5 ədədə çatacaq.

Qeyd edək ki, A330 MRTT təyyarələri yanacaq doldurma, sərnişin və yük daşınması, o cümlədən tibbi təxliyə əməliyyatları üçün konfiqurasiya edilə bilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS