BƏƏ şirkəti “Reach-S” MALE sinif PUA-sını nümayiş etdirib

BƏƏ şirkəti “Reach-S” MALE sinif PUA-sını nümayiş etdirib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Edge” konserinin törəmə “Halcon” şirkəti “Dubay Airshow-2021” sərgisində yeni “Reach-S” adlı silahlı pilotsuz uçuş aparatını (PUA) nümayiş etdirib.

“Poliqon”un məlumatına görə, “Reach-S” PUA orta hündürlük və uzaq məsafə (MALE) sinif xüsusiyyətlərinə malikdir. Sabit qanadlı “Reach-S” PUA taktiki kəşfiyyat və müşahidə xarakterlidir.

Döyüş əməliyyatlarında istifadə edilməsi üçün “Reach-S” dörd ədəd “Desert Sting-16” (DS-16) tipli həssas idarə olunan sursatla silahlandırıla bilir. PUA elektro-optik/infraqırmızı (EO/IR) sensoru ilə təchiz edilib.

Poliqon.az

CATEGORIES
TAGS