Belarus hərbi paradda yeni PUA-larını nümayiş etdirəcək

Belarus hərbi paradda yeni PUA-larını nümayiş etdirəcək

Belarus mayın 9-da İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Minskdə keçiriləcək hərbi paradda yeni pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.

İlk dəfə ictimaiyyətə təqdim ediləcək “Kvadro-1400” və “Bariyer boru” adlı kvadrokopter tipli PUA-lar “KB Display” şirkəti tərəfindən hazırlanıb.

“Kvadro-1400” pilotsuz uçuş aparatı iki ədəd RPG-26 tank əleyhinə qumbaraatanla təchiz edilib. Həm zərbə, həm də kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə qadirdir. Çəkisi 45 kq olan “Kvadro-1400” PUA-nın havada qalma müddəti 25 dəqiqədir. 40 km/saat sürətlə 5 km-ə qədər uça bilər. PUA üzərinə quraşdırılmış avadanlıqdan asılı olaraq video məlumatları 6 min metrədək məsafəyə ötürür.

“Kvadro-1400”dən fərqli olarq “Bariyer boru” PUA daha kiçikdir və bir ədəd RPG-26 qumbaraatan ilə silahlandırılıb. “Bariyer boru” PUA-nın uçuş çəkisi 10 kq-dan çox deyil. Sürəti 45 km/saat təşkil edən PUA-nın havada qalma müddəti 25 dəqiqə, uçuş məsafəsi 2 km-dir. “Bariyer boru” bütün uçuş məsafəsi boyunca video məlumatları ötürə bilir.

Bundan başqa, hərbi paradda “558-ci aviasiya təmir zavodu” tərəfindən istehsal edilən UBAK-25 çox məqsədli PUA ilk dəfə nümayiş etdiriləcək. UBAK-25 PUA-nın çəkisi 12 kq, uçuş məsafəsi 25 km təşkil edir. Zərbə-kəşfiyyat xarakterli PUA 2,3 kq ağırlığında döyüş başlığı ilə təchiz edilib.

CATEGORIES
TAGS