
Belarus modernləşdirilmiş 9A33-2B “Osa” ZRK-nin sınaqlarını keçirib
Belarus “Osa” zenit-raket kompleksinin modernləşdirilmiş 9A33-2B indeksli döyüş maşınının (ZRK) ilkin sınaqlarını tamamlayıb.
Azeri Defence saytının Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən verdiyi məlumata görə, “Osa” ZRK-nin modernləşdirilmiş 9A33-2B maşınının prototipinin sınaqları müvəffəqiyyətlə başa çatıb.
Hərbi Hava Qüvvələrlərinin və Hava Hücumundan Müdafiə Qoşunlarının 174 nömrəli poliqonunda keçirlmiş atış sınaqlar zamanı 9A33-2B “Osa” ZRK pilotsuz uçuş aparatını məhv edib.
9A33-2B “Osa” ZRK təkmilləşdirilmiş radioelektron sistemi vasitəsilə hədəfin aşkar edilməsi, hədəfin avtomatik izlənilməsi, habelə zenit raketlə hədəfin vurulması ilə xüsusiyyətlərini təsdiqləyib.
Məlumatda o da qeyd olunub ki, hazırda “2566 ZRREV” ASC tərəfindən “Osa” ZRK-nin 9A33BM2, 9A33BM3 döyüş maşınlarının 9A33-2B səviyyəsinə qədər dərin modernləşdirilməsi həyata keçirilir.
Modernizasiya işlərinin 2020-ci ilin sentyabrında başa çatdırılması planlaşdırılıb.