Belarus növbəti Su-30SM2 qırıcı təyyarələrini təhvil alıb

Belarus növbəti Su-30SM2 qırıcı təyyarələrini təhvil alıb

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Rusiya istehsalı olan Su-30SM2 qırıcı təyyarələrinin növbəti partiyasını təhvil alıb.

Bu barədə “Poliqon” Belarus Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Belarus HHQ və HHM Qoşunları komandanının müavini polkovnik Aleksandr Belyayev bildirib ki, yeni qırıcıların gəlişi artıq xoş bir ənənəyə çevrilib və bu sayədə ölkənin aviasiya parkı davamlı şəkildə yenilənir.

“Yeni gələn Su-30SM2 təyyarələrinə baxın. Bu, öz seqmentində bütün tələblərə cavab verən qırıcı təyyarədir. Tezliklə bu təyyarələr aviasiya bazasında texniki yoxlamadan keçəcək və ən geci iki həftə ərzində sevimli Vətənimizin hava məkanında müdafiə növbətçiliyinə başlayaraq, ölkəmizin təhlükəsizliyini qoruyacaq”, – deyə A.Belyayev qeyd edib.

Onun sözlərinə görə, bu, sonuncu partiya deyil, yeni Su-30SM2 qırıcılarının tədarükü davam edəcək və Belarusun hava müdafiə qabiliyyəti daha da güclənəcək.

CATEGORIES
TAGS